0
Sunday 5 July 2020 - 00:02

“Bavariya” 20-ci dəfə Almaniya kubokunu qazanıb

Story Code : 872553
“Bavariya” 20-ci dəfə Almaniya kubokunu qazanıb
Apasport.az saytının məlumatına görə, turnirin final matçı Berlindəki Olimpiya stadionunda keçirilib.

Ardıcıl 3-cü dəfə finala yüksələn “Bavariya” “Bayer”i sınağa çəkib. Bundesliqanın çempionu bu matçda da qalib gəlib. Bu qələbə ilə kuboku başı üzərinə qaldıran Münhen təmsilçisi “Qızıl dubl”u rəsmiləşdirib.

Ardıcıl ikinci dəfə Almaniya kubokuna yiyələnən “Bavariya” 20-ci dəfə mükafatı başı üzərinə qaldırıb. Münhenlilər yarışın ən titullu klubudur.

Almaniya kuboku
Final
4 iyul
“Bayer” - “Bavariya” – 2:4
Bender, 63, Haverts, 90+4 (pen) - Alaba, 16, Qnabri, 24, Levandovski, 59, 89