QR CodeQR Code

Ənsarullah Səudiyyə rejiminin ərazisində geniş əməliyyat keçirdi

5 Jul 2020 00:45

İslamTimes: Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii Səudiyyə rejiminin cənub-qərbindəki hərbi hədəflərə qarşı pilotsuz uçuş aparatları ilə genişmiqyaslı hücum əməliyyatının təşkil olunduğunu elan edib.


Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, general-mayor Yəhya Sərii Yəmən ordusu Hərbi Hava Qüvvələrinin iyulun 3-ü günortadan sonra çoxlu sayda Qasif 2K PUA-ları ilə Səudiyyə rejiminin Xamis Muşait və Nəcran bölgələrində genişmiqyaslı əməliyyat keçirdiyini bildirib: “Bu əməliyyatda Nəcran hava imanının əməliyyat otağı və gözətçi qülləsi, silah anbarı və Xamis Muşaitdə Kral Xalid hava bazasındakı hərbi təyyarə anbarı və digər hərbi hədəflərə pilotsuz təyyarələrlə hücum edildi”.

Yəmən silahlı qüvvələrinin nümayəndəsi Səudiyyə rejiminin koalisiyasının iddialarına baxmayaraq, hədəflərin yüksək dəqiqliklə vurulduğunu qeyd edib.

Xatırladaq ki, Səudiyyə rejiminin təcavüzkar koalisiyasının sözçüsü Turki Əl-Maliki verdiyi açıqlamasında, koalisiyanın 4 kamikadze PUA-sını məhv edə biləcəyini iddia etmişdi. Ancaq Yəmən ordusu əməliyyatın vaxtının cümə günü günorta saatları olduğunu açıqlamışdı.

Bu əməliyyat Yəmən ordusunun son iki həftə ərzində Səudiyyə rejiminin ərazisində etdiyi ikinci cavab hücumudur. İyunun 23-də edilən ilk əməliyyat zamanı Yəmən ordusu Səudiyyə rejiminin paytaxtı Ər-Riyaddakı hərbi hədəflərə ballistik raketlərlə zərbə endirmişdi.


Story Code: 872555

News Link :
https://www.islamtimes.org/az/news/872555/ənsarullah-səudiyyə-rejiminin-ərazisində-geniş-əməliyyat-keçirdi

Islam Times
  https://www.islamtimes.org