0
Sunday 5 July 2020 - 01:01

ABŞ-ın Ər-Riyaddakı diplomatları ölkəni tərk etdi

Story Code : 872556
ABŞ-ın Ər-Riyaddakı diplomatları ölkəni tərk etdi
Axar.az xəbər verir ki, bu barədə məlumatı "Voll Strit" nəşri yayıb.

Məlumata görə, ötən həftə ABŞ Dövlət Departamenti təcili işi olmayan bütün işçilərin ölkəni tərk etməsinə icazə verib.

Növbəti həftələrdə isə digər diplomatların ölkəni tərk edəcəyi gözlənilir.

Qeyd edilib ki, Ər-Riyad səfirliyində əməkdaşların evdən işləməsinə baxmayaraq, 30 nəfər koronavirusa yoluxub. Səfirliyin sürücüsü isə koronavirus səbəbindən həyatını itirib.