QR CodeQR Code

BCM baş prokuroru: “ABŞ-ın sanksiyaları qisas məqsədlidir”

5 Jul 2020 09:37

İslamTimes: Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Fato Bensuda ABŞ beynəlxalq məhkəməyə qarşı sanksiyalarının təəssüf hissi doğurduğunu və bu cür sanksiyaların tətbiq edilməsinin ədalətin həyata keçirilməsinə birbaşa müdaxilə sayıldığını qeyd edib.


Deyerler.org xəbər verir ki, France 24 kanalına danışan baş prokuror Bensuda bu cür sanksiyaların terrorçulara və narkotik ticarəti edənlərə yaraşdığını və beynəlxalq məhkəməyə və ya vəkillərə və prokurorlara tətbiq edilməməli olduğunu qeyd edib.

Bensuda ABŞ və sionist İsrail rejiminin beynəlxaq məhkəməyə siyasətlərini koordinasiya etdiklərini vurğulayıb.

“İstər Əfqanıstan olsun, istərsə Fələstin, buralardakı şübhəli cinayətlərin araşdırılmasını da əhatə edən istintaqlarını davam etdirməyə qərarlıdır”, - deyə o bildirib.

Bensuda ABŞ-ın sanksiyalarının intiqam məqsədli olduğunu bildirib.

Xatırladaq ki, ABŞ-ın prezidenti Donald Tramp bu yaxınlarda Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinə qarşı bəzi sanksiyalar tətbiq etmişdi. Bu qərar beynəlxalq məhkəmənin ABŞ əsgərlərinin Əfqanıstanda törətdikləri cinayətləri araşdırma qərarından sonra qəbul edilmişdi. 


Story Code: 872596

News Link :
https://www.islamtimes.org/az/news/872596/bcm-baş-prokuroru-abş-ın-sanksiyaları-qisas-məqsədlidir

Islam Times
  https://www.islamtimes.org