0
Sunday 5 July 2020 - 18:06

Qəzəbli ABŞ xalqı "Xristofor Kolumbu" da aşırdı

Story Code : 872650
Qəzəbli ABŞ xalqı "Xristofor Kolumbu" da aşırdı
ABŞ-ın Merilend ştatının Baltimor şəhəri əhalisi Amerikanın Müstəqillik Gününə təsadüf edən şənbə günü böyük etiraz aksiyası keçiriblər. 

"Tass" xəbər agentliyinin verdiyi məlumata görə, etirazçılar Xristofor Kolumbun Baltimordakı "Kiçik İtaliya" məhəlləsi yaxınlığındakı 1984-cü ildə inşa edilən heykəlini etiraz əlaməti olaraq aşırıblar.

Amerikada müstəqillik günü qeyd edildiyindən Xristofor Kolumbun heykəli aşırılaraq suya atılan zaman şəhərin ətrafında atəşfəşanlıq edilirmiş.

Qeyd edək ki, Corc Floydun ağ dərili polis tərəfindən vəhşicəsinə boğularaq öldürülməsindən sonra Amerikada misli görünməmiş etiraz aksiyaları başlayıb. Bu günədək etirazçılar bir çox ABŞ rəhbərinin heykəlini aşırıblar, hətta Amerika bayrağını belə yandırıblar. Xristofor Kolumbun isə daha öncə Massaçusets, Sent-Pol (Minnesota) şəhərlərində də heykəlləri aşırılmışdı.
Source : IslamTimes