0
Sunday 5 July 2020 - 19:03

Netanyahu: Fövqalədə vəziyyətdəyik!

Story Code : 872654
Netanyahu: Fövqalədə vəziyyətdəyik!
"The Jerusalem Post" qəzetinin verdiyi xəbərə görə, işğal olunmuş Fələstin ərazilərində (İsrail) 1000-ə yaxın yeni koronavirus yoluxmasının qeydə alınmasından sonra sionist rejim baş naziri Benyamin Netanyahu koronavirus pandemiyasının ikinci dalğası barədə xəbərdarlıq edib.

Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında deyib: "Hal-hazırda biz fövqəladə vəziyyətdəyik. Bu səbəbdən koronavirusa qarşı nəzərdə tutulan qərarların qəbul edilməsini gecikdirmək olmaz."

Netanyahu yeni yoluxmaların artmasına işarə ilə bilirib ki, daha geniş tədbirlər görülməlidir.

Son statistikaya əsasən, sionist rejimdə 977 yeni yoluxma qeydə alınıb və bununla da işğal olunmuş ərazilərdə Covid-19 virusuna yoluxanların ümumi sayı 29 min nəfərə çatıb.

Bu günədək dünyada 11 milyon 387 min nəfər Covid-19 virusuna yoluxub. Bu virus səbəbindən həlak olanların sayı isə təqribən 534 min nəfərdir. Həmçinin 6 milyon 446 minə yaxın virusa yoluxmuş şəxs müalicə olunaraq sağlamlığına qovuşub.
Source : IslamTimes