QR CodeQR Code

ABŞ-ın Portlend şəhərində polislə qarşıdurma zamanı 21 nəfər saxlanılıb

6 Jul 2020 07:58

İslamTimes: ABŞ-IN Oreqon ştatında, Portlend şəhərində etirazçılarla polis qüvvələri arasında baş verən qarşıdurmadan sonra 21 nəfər aksiya iştirakçısı saxlanılıb.


APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Saxlanılanlar ictimai asayişi pozmaqda, polisə hücumda və iğtişaşlarda şübhəli bilinirlər. Bundan əlavə, bəziləri dövlət əmlakına ziyan vurmaqda və ABŞ-ın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarına hücum etməkdə günahlandırılırlar.

 


Story Code: 872730

News Link :
https://www.islamtimes.org/az/news/872730/abş-ın-portlend-şəhərində-polislə-qarşıdurma-zamanı-21-nəfər-saxlanılıb

Islam Times
  https://www.islamtimes.org