0
Monday 6 July 2020 - 08:31

Ruhani: Ticarətin başlaması valyutanı sabitləyəcək

Story Code : 872734
Ruhani: Ticarətin başlaması valyutanı sabitləyəcək
Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.

O bildirib ki, xarici valyutanın yerli pul vahidi qarşısında yüksəlməsinin səbəbi psixoloji amildir.

Ruhani ABŞ-la aparılan iqtisadi savaş və koronavirus pandemiyası səbəbindən xalqın çətin şərtlərlə üzləşdiyini vurğulayıb:

“Koronavirus səbəbindən sərhədlər bağlandı: idxal və ixracda durğunluq meydana gəldi. Ticarətin başlaması ilə qarşıdakı aylarda idxal və ixracat koronavirus öncəsi vəziyyətə qayıdacaq. Bunun sayəsində də valyutada sabitliyə nail olacağıq”.