QR CodeQR Code

Yəhudi nazir: Bu əraziləri işğal etsək...

6 Jul 2020 10:17

İslamTimes: İordan çayının qərb sahilində bəzi ərazilərin ilhaqı baş tutarsa, İordaniya və Avropa ölkələri ilə münasibətlər korlana bilər.


Axar.az xəbər verir ki, bu sözləri işalçı İsrail rejiminin xarici işlər naziri Qabi Aşkenazi deyib.

O bildirib ki, ilhaq baş tutmazdan əvvəl hüquqi, siyasi və təhlükəsizlik baxımından dəyərləndirilmə olmalıdır.

XİN rəhbəri ilhaqın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) təsirlərini də dəyərləndirib:

“Bu, siyasi təşkilat olmadığı kimi, Avropa Şurası da deyil. Bu, sadəcə ölkələr arasında iqtisadi əlaqələri təmin edən təşkilatdır və bu təşkilata üzvlüyümüzün ilhaq səbəbilə riskə düşəcəyini düşünürəm”.

Qeyd edək ki, işğalçı İsrail İordan çayının qərb sahili və İordan vadisində bəzi yaşayış məntəqələrinin 1 iyulda ilhaqını nəzərdə tutmuşdu. Lakin sonradan sionist rejim baş naziri Benaymin Netanyahu bu planın ertələndiyini açıqladı.


Story Code: 872795

News Link :
https://www.islamtimes.org/az/news/872795/yəhudi-nazir-bu-əraziləri-işğal-etsək

Islam Times
  https://www.islamtimes.org