QR CodeQR Code

Rusiya XİN: “ABŞ kəşfiyyatı narkotik ticarəti ilə məşğuldur”

7 Jul 2020 05:34

İslamTimes: Rusiyanın Xarici İşlər Nazirliyi Rusiyanı Taliban ilə gizli sövdələşmədə ittiham edən ABŞ kəşfiyyatının narkotik ticarəti ilə məşğul olduğunu söyləyib.


Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi və Xarici İşlər Nazirliyinin Asiya şöbəsinin müdiri Zamir Kabulov Rusiyanı Taliban ilə gizli sövdələşmədə ittiham edən ABŞ kəşfiyyatının, narkotik ticarəti ilə əlaqəli olduğunu söyləyib.

“Rossiya 1” kanalına danışan Kabulov, belə deyib: “Orada çox layihələr həyata keçirən və bizi bir sıra şeylərdə ittiham edən möhtəşəm ABŞ kəşfiyyatının agentləri narkotik ticarəti ilə məşğuldur. Onların təyyarələri Qəndəhar və Baqramdan yoxlanılmadan Almaniyaya, Rumıniyaya və ağla gələn hər yerə uçur. Bu, elə bir işdir ki, hər bir əfqanıstanlı insan Kabildə danışır, hətta tənbəl insanlar da bu barədə danışmağa hazırdırlar. Bu sirr darıxdırıcı və hər kəsə məlum olan bir sirrdir. Hər kəs bunu mövcud bir şey kimi qəbul edir”.


Story Code: 872922

News Link :
https://www.islamtimes.org/az/news/872922/rusiya-xin-abş-kəşfiyyatı-narkotik-ticarəti-ilə-məşğuldur

Islam Times
  https://www.islamtimes.org