0
Tuesday 7 July 2020 - 05:34

Rusiya XİN: “ABŞ kəşfiyyatı narkotik ticarəti ilə məşğuldur”

Story Code : 872922
Rusiya XİN: “ABŞ kəşfiyyatı narkotik ticarəti ilə məşğuldur”
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi və Xarici İşlər Nazirliyinin Asiya şöbəsinin müdiri Zamir Kabulov Rusiyanı Taliban ilə gizli sövdələşmədə ittiham edən ABŞ kəşfiyyatının, narkotik ticarəti ilə əlaqəli olduğunu söyləyib.

“Rossiya 1” kanalına danışan Kabulov, belə deyib: “Orada çox layihələr həyata keçirən və bizi bir sıra şeylərdə ittiham edən möhtəşəm ABŞ kəşfiyyatının agentləri narkotik ticarəti ilə məşğuldur. Onların təyyarələri Qəndəhar və Baqramdan yoxlanılmadan Almaniyaya, Rumıniyaya və ağla gələn hər yerə uçur. Bu, elə bir işdir ki, hər bir əfqanıstanlı insan Kabildə danışır, hətta tənbəl insanlar da bu barədə danışmağa hazırdırlar. Bu sirr darıxdırıcı və hər kəsə məlum olan bir sirrdir. Hər kəs bunu mövcud bir şey kimi qəbul edir”.