0
Tuesday 7 July 2020 - 14:50

ABŞ-ın ən böyük şəhərlərindən birində vəziyyət nəzarətdən çıxdı

Story Code : 873039
ABŞ-ın ən böyük şəhərlərindən birində vəziyyət nəzarətdən çıxdı
REN TV xəbər verir ki, hökumətin qərarına səbəb artıq nəzarətdən çıxan və küçələrdə polislə silahlı qarşıdurmaya keçən anti-irqçi nümayişlərdir.

Etiraz aksiyalarının digər fəal mərkəzi Arizona ştatının Finiks şəhərindədir. Aksiyalardan birində polislə toqquşmada qaradərili vətəndaşın ölməsindən sonra şəhərdə iğtişaşlar daha geniş vüsət alıb. Hüquq-mühafizə orqanları qaradərili aksiya iştirakçısının silahdan istifadə etdiyinə görə öldürüldüyünü iddia edirlər.

Qeyd edək ki, ABŞ-da kütləvi iğtişaşlar qaradərili Corc Floydun polislər tərəfindən öldürülməsindən sonra başlayıb.