QR CodeQR Code

ABŞ-ın ən böyük şəhərlərindən birində vəziyyət nəzarətdən çıxdı

7 Jul 2020 14:50

İslamTimes: Birləşmiş Ştatların ən böyük şəhərlərindən biri olan Atlantada fövqəladə vəziyyət elan olunub, şəhərə Milli Qvardiyanın əsgərləri yeridilib.


REN TV xəbər verir ki, hökumətin qərarına səbəb artıq nəzarətdən çıxan və küçələrdə polislə silahlı qarşıdurmaya keçən anti-irqçi nümayişlərdir.

Etiraz aksiyalarının digər fəal mərkəzi Arizona ştatının Finiks şəhərindədir. Aksiyalardan birində polislə toqquşmada qaradərili vətəndaşın ölməsindən sonra şəhərdə iğtişaşlar daha geniş vüsət alıb. Hüquq-mühafizə orqanları qaradərili aksiya iştirakçısının silahdan istifadə etdiyinə görə öldürüldüyünü iddia edirlər.

Qeyd edək ki, ABŞ-da kütləvi iğtişaşlar qaradərili Corc Floydun polislər tərəfindən öldürülməsindən sonra başlayıb.


Story Code: 873039

News Link :
https://www.islamtimes.org/az/news/873039/abş-ın-ən-böyük-şəhərlərindən-birində-vəziyyət-nəzarətdən-çıxdı

Islam Times
  https://www.islamtimes.org