QR CodeQR Code

Moskva ABŞ-a olan güvənini itirib

IslamTimes , 7 Jul 2020 17:20

İslamTimes: Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Moskvanın ABŞ-ı etibarlı tərəfdaş kimi görmədiyini və Vaşinqtona inamın itdiyini bildirib.


Tass informasiya agentliyinin məlumatına görə rusiyalı diplomat bildirib ki, ABŞ tərəfi ötən illərdə mütəmadi olaraq Moskva ilə Vaşinqton arasındakı əlaqələri qırmağa yönəlmiş qərarlar qəbul edir, öhdəçiliklərini, əldə edilmiş razılaşmaları tarixin zibilliyinə atır.

Açıq Səma Sazişinə üzv ölkələrin nümayəndə heyətləri Rusiyanın elçisi Sergey Ryabkovun iştirakı ilə iyulun 6-da videokonfrans vasitəsi ilə toplantı keçiriblər. Bu konfransda ABŞ-ın müqavilədən çıxmasının təsirləri və müqavilənin gələcəyi müzakirə edilib.

Rəsmi Vaşinqton bu günədək dəfələrlə beynəlxalq sazişləri ayaq altına alıb. ABŞ-ın bu ərsədə son qanun pozuntusu Trampın bir müddət öncə Açıq Səma Müqaviləsini tərk edəcəkləri ilə bağlı açıqlaması idi. ABŞ prezidenti bildirib ki, bəlkə də yeni bir razılaşma ilə bu müqavilə əvəzlənəcək.

ABŞ Rusiyanı bu müqaviləni pozmaqda günahlandırıb. Moskva isə Vaşinqtonun iddialarını rədd edib. ABŞ-ın sazişdən çıxmaq qərarı Vaşinqton-Moskva münasibətlərində yeni gərginliklərə səbəb olub.

Ryabkov deyib: "Vəziyyəti izləyən ekspertlər hesab edirlər ki, Vaşinqton öncədən öz qərarını verib..."

O əlavə edib: "Vaşinqtonun əvvəlcədən planlaşdırılan və ehtimal olunan qərarına cavabımız onun necə həyata keçirilməsindən və qərarın nədən ibarət olacağından asılı olacaq. NATO-dakı digər Vaşinqton müttəfiqlərinin də ABŞ-ın ardınca gedib-getməməməsini mütləq izləyəcəyik..."

Qeyd edək ki, 1992-ci ildə imzalanmış Açıq Səma Müqaviləsi üzv ölkələrə bir-birlərinin səmasında kəşfiyyat uçuşları etməyə imkan verir. Müqavilə 35 ölkə arasında imzalanmışdır və məqsəd müqaviləni imzalayan ölkələr arasında qarşılıqlı anlaşma yaratmaq olub.


Story Code: 873073

News Link :
https://www.islamtimes.org/az/news/873073/moskva-abş-a-olan-güvənini-itirib

Islam Times
  https://www.islamtimes.org