QR CodeQR Code

Suriyanın şimalındakı Tel-Abyad şəhərində terror hücumu olub: 6 ölü, 7 yaralı var

8 Jul 2020 01:10

İslamTimes: Suriyanın şimalında Türkiyə Silahlı Qüvvələri və müxalif qruplar tərəfindən həyata keçirilən “Barış bulağı” əməliyyatı çərçivəsində terrorçulardan təmizlənən Tel-Abyad şəhərinin mərkəzində partlayış baş verib.


APA “Anadolu”ya istinadən xəbər verir ki, avtomobilə quraşdırılmış partlayıcının partladılması nəticəsində 3-ü uşaq olmaqla 6 dinc sakin ölüb, 7-si isə yaralanıb. Məlumata görə, yaralılardan vəziyyəti ağır olan 4 nəfər Türkiyə xəstəxanalarına yerləşdirilib.

İnsident baş verən ərazidə müayinələr aparan yerli təhlükəsizlik qüvvələri partlayışın YPG/PKK terror qruplaşması tərəfindən törədildiyini ehtimal edir. Bölgədə təhlükəsizlik tədbirlərini artıran güc strukturları bomba quraşdırıldığı ehtimal edilən başqa bir avtomobilin izinə düşüb.

 


Story Code: 873155

News Link :
https://www.islamtimes.org/az/news/873155/suriyanın-şimalındakı-tel-abyad-şəhərində-terror-hücumu-olub-6-ölü-7-yaralı-var

Islam Times
  https://www.islamtimes.org