QR CodeQR Code

ABŞ Çin rəsmilərinə qarşı viza məhdudiyyəti tətbiq etdi

8 Jul 2020 06:27

İslamTimes: Rəsmi Vaşinqton xarici vətəndaşların Tibetə girməsini məhdudlaşdıran Çinin vəzifəli şəxslərinə qarşı viza məhdudiyyətləri tətbiq edib.


“Report” xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.

Qeyd olunub ki, viza məhdudiyyətləri Çin hökuməti və Çin Kommunist Partiyasının rəsmilərinə qarşı tətbiq edilib.

ABŞ hökuməti hesab edir ki, Çinin vəzifəli şəxsləri Tibetin regionlarına xarici vətəndaşların getməsinin qarşısını almaq üçün mütəmadi olaraq məhdudlaşdırıcı tədbirlər həyata keçirirlər.


Story Code: 873165

News Link :
https://www.islamtimes.org/az/news/873165/abş-çin-rəsmilərinə-qarşı-viza-məhdudiyyəti-tətbiq-etdi

Islam Times
  https://www.islamtimes.org