QR CodeQR Code

ABŞ ÜST-ü tərk edəcəyi tarixlə bağlı BMT Baş katibini məlumatlandırıb

8 Jul 2020 09:43

İslamTimes: ABŞ hökuməti Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) tərk edəcəyi ilə bağlı BMT-nin Baş katibini məlumatlandırıb. Vaşinqtonun bu qərarı 2021-ci ilin 6 iyul tarixində qüvvəyə minəcək.


APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin şərhində qeyd olunub.

Düjarrik ABŞ-ın 21 iyun 1948-ci ildən bəri ÜST Nizamnaməsinin tərəfdaşı olduğunu xatırladıb. BMT rəsmisinin sözlərinə görə, ABŞ-ın ÜST-ə daxil edilməsi onun təşkilatı nə vaxtsa tərk edə bilməsinin mümkünlüyünü müəyyən edən şərtlər daxilində Ümumdünya Səhiyyə Assambleyası tərəfindən mümkün olub.

“Qeyd olunan şərtlər özündə bir illik xəbərdarlığı və maliyyə öhdəliklərinin tam ödənilməsini əks etdirir”, - Düjarrik belə deyib.

S.Düjarrik əlavə edib ki, BMT-nin Baş katibi Antoniu Quterreş hazırda ABŞ-ın təşkilatı tərk edə bilməsi üçün bütün şərtlərin icra olunub-olunmadığını ÜST-lə birgə araşdırır.

 


Story Code: 873200

News Link :
https://www.islamtimes.org/az/news/873200/abş-üst-ü-tərk-edəcəyi-tarixlə-bağlı-bmt-baş-katibini-məlumatlandırıb

Islam Times
  https://www.islamtimes.org