0
Wednesday 8 July 2020 - 11:27

ABŞ-da durum dəyişir: Con Bayden bu ştatları qazandı

Story Code : 873210
ABŞ-da durum dəyişir: Con Bayden bu ştatları qazandı
Teleqraf.com xəbər verir ki, noyabrda keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq Demokrat Partiyasının namizədi Con Baydenlə Respublika Partiyasının namizədi, hazırkı Prezident Donald Tramp arasında seçki yarışı rəsmi şəkildə davam edir.

Bu çərçivədə Nyu-Cersi və Delavet ştatlarında ilkin seçki keçirilib. Demokrat Partiyasının digər namizədləri Baydeninin qarşısından çəkilsə də, Bernie Sanders seçkidə iştirak etmək niyyətində olduğunu ifadə etmişdi.

Ötən gün keçirilən seçkilər zamanı Con Bayden Nyu-Cersidə səslərin 88,5, Delavetdə isə 90,4 faizini qazanıb