QR CodeQR Code

“Taliban” Əfqanıstandakı terror aktının məsuliyyətini üzərinə götürdü

8 Jul 2020 11:48

İslamTimes: “Taliban” Əfqanıstandakı terror aktının məsuliyyətini üzərinə götürdü


“Taliban” hərəkatı iyulun 8-də Əfqanıstandakı iki hücumun məsuliyyətini üzərinə götürüb.

“Report” xəbər verir ki, məlumatı “1TV” telekanalı yayıb.

Bildirilib ki, onlar birinci hücumu Qəndəharda polis məntəqəsinə ediblər. Həmin terror aktı nəticəsində azı 3 polis əməkdaşı ölüb, 20-si yaralanıb. İkinci hücum da iyulun 8-də səhər saatlarında Qəznə əyalətində edilib.

Bu terakt nəticəsində Dehyak dairəsinin polis rəisi və daha 2 asayiş keşikçisi ölüb.


Story Code: 873221

News Link :
https://www.islamtimes.org/az/news/873221/taliban-əfqanıstandakı-terror-aktının-məsuliyyətini-üzərinə-götürdü

Islam Times
  https://www.islamtimes.org