0
Wednesday 8 July 2020 - 11:48

“Taliban” Əfqanıstandakı terror aktının məsuliyyətini üzərinə götürdü

Story Code : 873221
“Taliban” Əfqanıstandakı terror aktının məsuliyyətini üzərinə götürdü
“Taliban” hərəkatı iyulun 8-də Əfqanıstandakı iki hücumun məsuliyyətini üzərinə götürüb.

“Report” xəbər verir ki, məlumatı “1TV” telekanalı yayıb.

Bildirilib ki, onlar birinci hücumu Qəndəharda polis məntəqəsinə ediblər. Həmin terror aktı nəticəsində azı 3 polis əməkdaşı ölüb, 20-si yaralanıb. İkinci hücum da iyulun 8-də səhər saatlarında Qəznə əyalətində edilib.

Bu terakt nəticəsində Dehyak dairəsinin polis rəisi və daha 2 asayiş keşikçisi ölüb.