QR CodeQR Code

Senatorlardan Esperə Türkiyəyə sanksiya çağırışı

8 Jul 2020 12:58

İslamTimes: Rusiyadan S-400 sistemlərini aldığına görə Türkiyəyə qarşı sanksiyalar gecikmədən həyata keçirilməlidir.


Axar.az xəbər verir ki, bu barədə ABŞ Senatının 4 üzvünün Müdafiə naziri Mark Esperə ünvanladığı məktubda bildirilib. Məktubda vurğulanıb ki, Türkiyənin F-35 proqramından çıxarılma prosesi intizamla aparılmadır:

“Türkiyəyə göstərilən güzəştlərə görə bu ölkəyə qarşı əlimiz zəiflədi. “Lokhid Martin” şirkətinin bəyanatından da bəlli olur ki, Türkiyə F-35 proqramından 2022-ci ildən tez çıxa bilməyəcək. Konqres Türkiyənin F-35 proqramından çıxarılmasının ABŞ Müdafiə Nazirliyi üçün əlavə xərclərə yol açacağını hər zaman düşünüb. Ancaq proqramın bütövlüyünü qorumaq və ABŞ-ın NATO qarşısında diplomatik öhdəliklərini təsdiqləmək üçün belə bir maliyyə kəsintisi qəbulediləndir. Pentaqonun bu mövzuda öz təqvimini və ya Konqresin niyyətini təqib etmədiyi aydındır. Sizi (Mark Esper) mövcud yanaşmaları nəzərdən keçirməyə və Türkiyəni qanunlar çərçivəsində istehsal xəttindən sürətli şəkildə çıxarılması ilə bağlı tədbir görməyə çağırırıq”.


Story Code: 873224

News Link :
https://www.islamtimes.org/az/news/873224/senatorlardan-esperə-türkiyəyə-sanksiya-çağırışı

Islam Times
  https://www.islamtimes.org