0
Wednesday 8 July 2020 - 13:47

Livan xalqı ABŞ-ın müdaxilələrinə etiraz olaraq ayağa qalxdı

Story Code : 873241
Livan xalqı ABŞ-ın müdaxilələrinə etiraz olaraq ayağa qalxdı
"Əl-Minar" informasiya agentliyinin verdiyi məlumata görə bu gün Livan Beynəlxalq Hava Limanında Amerikanın Livanın daxili işlərinə qarışmasına etiraz edən əhali etiraz aksiyası keçirib.

Livan KİV-i bu mövzu ilə bağlı bildirib ki, aksiyada iştirak edənlər ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Kennet Makkenzinin Livana səfərinə etiraz olaraq Beyrutun Beynəlxalq Hava Limanına üz tutublar. 

Son dönəmlərdə ABŞ aşkar şəkildə Livan dövlətinin daxili işlərinə müdaxilə edir. ABŞ-ın Livandakı səfirinin müdaxilələri son zamanlarda adi bir hala çevrilib. Bu mövzu ilə bağlı "Əl-Tovid əl-İslami" təşkilatının baş katibi Bilal Səid Şəban və əhli-sünnə məzhəbi alimləri cümə xütbələrində ABŞ-ın Livandakı səfiri "Dorothy C. Shea"nın fitnəkarlıqlarını üzə çıxararaq bildiriblər: "ABŞ səfiri Dorothy C. Shea Livandakı siyasi qruplarla görüş keçirərək onlara deyib ki, imkansız ailələrə, yoxsullara yardım ayrılmamalıdır!"
Source : IslamTimes