0
Wednesday 8 July 2020 - 15:20

ABŞ İraqdan çıxmamaq üçün bütün vasitələrə əl atır

Story Code : 873258
ABŞ İraqdan çıxmamaq üçün bütün vasitələrə əl atır
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Kennet Makkenzi ötən gün gecə İraqın yeni Baş naziri Mustafa əl-Kazimi ilə görüşərək, ABŞ əsgərlərinin İraqda qalması haqda müzakirə edib.

Associated Press-in məlumatına görə, Kennet Makkenzi görüş zamanı iddia edib ki, İraq dövləti Amerika qüvvələrinin bu ölkədə olmasını istəyir.

Makkenzi mətbuat konfransında deyib: "İnanıram ki, gələcəkdə onlar (iraqlılar) bizdən yanlarında olmağımızı istəyəcəklər."

ABŞ rəsmisi həmçinin iddia edib ki, Əl-Kazimi İraq hökumətindəki bütün fraksiyalarla dil tapmaq, ABŞ və İranla münasibətləri qorumalı olduğundan çətin vəziyyətdədir.

Makkenzi deyib: "Düşünürəm ki, o (Əl-Kazimi) etimad qazanmaq üçün danışıqlar aparır. Əl-Kazimiyə kömək etməliyik, o çox çətin durumdadır."

ABŞ-ın CENTCOM terror təşkilatının rəhbəri olan Makkenzi, İraqda nə qədər ABŞ əsgərinin qalacağı haqda açıqlama verməyib.

Qeyd edək ki, hazırda İraqda 6000-ə yaxın ABŞ əsgəri var.
Source : IslamTimes