0
Tuesday 26 July 2011 - 01:13

PKK və Pejak Qarabağda təlim keçirlər

Story Code : 87329
PKK və Pejak Qarabağda təlim keçirlər
PKK və Pejak Qarabağda təlim keçirlər
Islam times.org/az/ - İranın Ərdəbil şəhərinin imam cüməsi Seyyd Həsən Amili növbəti çıxışı ilə dünya ictimaiyyətinə şok məlumat verib. Amili iranda terror aktları törətməklə yüzlərlə insanın həlak olmasına səbəb olan Pejak və PKK terror təşkilatının fəaliyyətinə toxunaraq bu terror qruplaşmaların Qarabağda təlim keçdiklərini diqqətə çəkdi.

Terrorçu Pejak və PKK qruplaşmaları ünsürlərinin harada təlimlər keçdiyini sual olaraq irəli sürən Amili vurğulayıb: Bu qruplaşmalar Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində təlim keçirlər. Azərbaycan elə bilir ki, Qarabağ erməninin əlindədir. Dağlıq Qarabağ ABŞ və İsrail rejimin əlindədir. ABŞ və İsrail bu qruplaşmaları Dağlıq Qarabağda yetişdirir, sonra isə İrana qarşı terror əməliyyatı törətməyə göndərir.

"PKK və Pejak İranın bir çox vətəndaşını şəhid edib. Bu Qarabağ bizim üçün bir dərd olub. Qarabağ ABŞ və İsrail üçün İranın lap yaxınlığında əsas bazaya çevrilib. Lakin Azərbaycan deyir ki, münaqişəni müzakirə ilə həll edəcəyəm. 18 ildir ki, müzakirələr aparılır. 18 il uzun sürən müzakirənin
dını artıq müzakirə, strategiya qoymazlar" -deyə Amili vurğulayıb.

İmam Cümə, Əli Laricaninin Bakıda etdiyi çıxışa da toxunaraq bunun həqiqət olduğunu təsdiqlədi. “Əli Laricani qeyd edtmişdir ki, artıq Qarabağ məsələsinin həll olunması istiqamətində 18 ildir ki, danışıqlar aparılır. 18 illlik danışıq və ya müzakirə olmaz. O tamamilə haqlı deyib.

Azərbaycan gözünü Kazan görüşünə dikmişdi. Lakin əvvəldən məlum idi ki, Kazanda heç bir şey baş verməyəcək. Məsələ burasındadır ki, Azərbaycan da buna meylsiz deyil. Bu vasitə ilə Azərbaycan ölkədə fövqəladə vəziyyətin vaxtını uzatmaq istəyir.

Lakin burada Azərbaycan xalqının hökumətə sualı olacaq ki, 18 ildir nə üçün Qarabağ məsələsi həll olunmur. Bu zaman Azərbaycan hökuməti bu münaqişənin həll olunmamasını İran və Rusiyanın üzərinə atır. Sonra da öz çıxarsızlıqlarını əsaslandırır.

Belə bir sual olunmalıdır ki, bu 18 ildə nə iş görülüb? Azərbaycan Qarabağı azad etmək istəyirsə, yalnız bir yolu var. O da budur ki, özünə etimad edərək hərbi yolla qarabağa getməlidir. Lakin bunu edə bilməz. Çünki ilk öncə Dağlıq Qarabağı almaq üçün o qüdrəti yoxdur" -deyə Amili söyləyib.

Amili Azərbaycan hökumətinin dindarlara qarşı tutduğu sərt mövqeyə də toxunaraq deyib.
"Bəyəm mahnı oxuyanla torpağı azad etmək olar? Çaxır içənlə torpağı azad etmək olarmı?
Reporter :
Source : islamtimes
Comment