QR CodeQR Code

Rusiyanın təklifi rədd edildi - Bu ölkələr qarşı çıxdı

9 Jul 2020 10:25

İslamTimes: Susiya Suriyaya beynəlxalq humanitar yardımların çatdırılmasına dair müvafiq mexanizmin vaxtının uzadılmasını nəzərdə tutan Almaniyanın təklifini BMT Təhlükəsizlik Şurasında veto etdikdən sonra özü qərar layihəsi təklifi ilə çıxış edib.


Teleqraf.com xəbər verir ki, Rusiyanın təklifini BMT Təhlükəsizlik Şurası rədd edib. Rusiya tərəfindən irəli sürülən təklifdə Suriyaya 6 ay müddətində yalnız bir sərhəd məntəqəsindən humanitar yardım daxil edilməsi nəzərdə tutulub. Təklifə əsasən Suriyaya humanitar yardımlar Türkiyənin Cilvəgöz sərhəd məntəqəsindən daxil ola bilər. Amma bu təklif BMT Təhlükəsizlik Şurasında lazım olan - 9 səs qazanmadığı üçün rədd edilib.

Rusiyanın təklifi ABŞ, Fransa, Almaniya, Belçika, Estoniya və Dominikan tərəfindən rədd edilib. Tunis, İndoneziya, Çin, Vyetnam, Cənubi Afrika isə qərarı dəstəkləyib.

Xatırladaq ki, ötən gün BMT-də müzakirələr zamanı Rusiya Suriyaya Türkiyə üzərindən iki keçid məntəqəsindən beynəlxalq humanitar yardımların çatdırılması mexanizminin vaxtının uzadılmasına dair Almaniyanın təklifini veto etmişdi.

 


Story Code: 873376

News Link :
https://www.islamtimes.org/az/news/873376/rusiyanın-təklifi-rədd-edildi-bu-ölkələr-qarşı-çıxdı

Islam Times
  https://www.islamtimes.org