0
Saturday 11 July 2020 - 05:57

ÜST: dünyada son sutkada rekord sayda koronavirusa yoluxma qeydə alınıb

Story Code : 873676
ÜST: dünyada son sutkada rekord sayda koronavirusa yoluxma qeydə alınıb
APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bunun pandemiyanın başlanmasından bəri rekord göstərici olduğu bildirilib. 

Qeyd edək ki, bundan əvvəl təsdiqlənmiş virusa yoluxma hallarının ən çox sayı iyulun 4-də qeydə alınıb - 211 mindən çox.

Hazırda koronavirusa yoluxan xəstələrin ümumi sayının 12 milyondan çox olduğu vurğulanıb.