0
Saturday 11 July 2020 - 09:12

Facebook siyasi reklamı qadağan edə bilər

Story Code : 873733
Facebook siyasi reklamı qadağan edə bilər
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. 

Mümkün qadağanın hələ də müzakirə edildiyini bildirən agentliyin məlumatına görə, məqsəd istifadəçiləri seçki ilə əlaqəli yanlış ola biləcək məzmundan qorumaqdır. 

Bununla yanaşı, Facebook rəhbərliyi reklam qadağasının seçki kampaniyasına mənfi təsir göstərə biləcəyinə və ya namizədlərin son xəbərlərə, yeni məlumatlara cavab imkanlarını məhdudlaşdıracağına dair narahatlıq keçirir.