QR CodeQR Code

Zaxarova Trampa lağ etdi: Gözəl və ağıllı raketlər...

11 Jul 2020 11:32

İslamTimes: Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Prezidenti Donald Trampın yeni raketlərlə bağlı açıqlamasına rişxənd edib.


Axar.az xəbər verir ki, Zaxarova ABŞ-ın yeni raketlərlə “təəccübləndirməyə” davam etdiyini bildirib.

“Sürət əladır. Bir də hədəfi müəyyən edə bilsələr... 2018-ci ildə “gözəl, yeni və ağıllı” raketlərin başına nə gəldiyini bilirik”, - deyə Zaxarova bildirib.

XİN sözçüsü bu açıqlaması ilə ABŞ-ın 2018-ci ildə Suriyada təşkil etdiyi hücumda buraxılan 105 raketdən yalnız 22-nin hədəfə dəyməsi olayına eyham vurub.

Qeyd edək ki, Tramp Floridada hərbi qərargahda çıxışı zamanı digər raketlərdən 17 dəfə sürəli raket hazırladıqlarını bildirmişdi:

“Raketlər elə uçur ki, onları görmək çətindir. Bizdə heç kimin ağlına gəlməyəcək şeylər var”.


Story Code: 873745

News Link :
https://www.islamtimes.org/az/news/873745/zaxarova-trampa-lağ-etdi-gözəl-və-ağıllı-raketlər

Islam Times
  https://www.islamtimes.org