0
Saturday 11 July 2020 - 11:32

Zaxarova Trampa lağ etdi: Gözəl və ağıllı raketlər...

Story Code : 873745
Zaxarova Trampa lağ etdi: Gözəl və ağıllı raketlər...
Axar.az xəbər verir ki, Zaxarova ABŞ-ın yeni raketlərlə “təəccübləndirməyə” davam etdiyini bildirib.

“Sürət əladır. Bir də hədəfi müəyyən edə bilsələr... 2018-ci ildə “gözəl, yeni və ağıllı” raketlərin başına nə gəldiyini bilirik”, - deyə Zaxarova bildirib.

XİN sözçüsü bu açıqlaması ilə ABŞ-ın 2018-ci ildə Suriyada təşkil etdiyi hücumda buraxılan 105 raketdən yalnız 22-nin hədəfə dəyməsi olayına eyham vurub.

Qeyd edək ki, Tramp Floridada hərbi qərargahda çıxışı zamanı digər raketlərdən 17 dəfə sürəli raket hazırladıqlarını bildirmişdi:

“Raketlər elə uçur ki, onları görmək çətindir. Bizdə heç kimin ağlına gəlməyəcək şeylər var”.