0
Saturday 11 July 2020 - 15:01

Respublikaçılar Trampı dəstəkləməkdən imtina edir

Story Code : 873791
Respublikaçılar Trampı dəstəkləməkdən imtina edir
2016-cı il Amerikadakı prezident seçkilərində hazırkı prezident Donald Trampı dəstəkləyərək ona səs verən bir qrup Respublikaçı, builki seçkilərdə Trampı dəstəkləməkdən imtina etmək qərarına gəliblər.

Huffington Post xəbər saytının verdiyi məlumata görə, bu Respublikaçılar bir video çarx vasitəsi ilə Donald Trampı bundan sonra nə üçün dəstəkləməyəcklərinin səbəblərini açıqlayıblar.

Daha öncə Trampı dəstəkləmiş, hazırda isə ona qarşı çıxan 15 respublikaçı video çarxda bildirib ki, ABŞ prezidentinin yalanları, kobud rəftarları və koronavirus böhranına qarşı lazımi tədbirlər görə bilməməsi səbəb olub ki, onlar 2020-ci il prezident seçkilərində Trampı dəstəkləməsinlər.

Bu Respublikaçılardan bəziləri hətta 2016-cı il seçkilərində Trampı dəstəklədikləri səbəbindən günah hissi keçirdiklərini, utandıqlarını deyiblər.

Uyğun video çarxın bazar günü (sabah) Arizona və Şimali Karolinada Fox News kanalında yayımlanması planlaşdırılır.

Bu günədək bir neçə dəfə YouTube şəbəkəsində Respublikaçılardan ibarət qruplar Donald Trampdan narazılıqlarını ifadə edən video ilə çıxış ediblər.

Qeyd edək ki, hazırda Trampın öz partiya yoldaşlarından olan bir neçə qrup onun əleyhinə təbliğat kampaniyası başladıb. Trampın müşaviri olan Klin Kanveyin həyat yoldaşı Corc Kanvey də Trampa qarşı fəaliyyət göstərən "Linkoln Layihəsi" qrupunun təsisçilərindəndir. Bu qrup öz partiya yoldaşları olan Trampın əvəzinə rəqib partiyadan olan Demokrat namizəd Co Baydenin ABŞ prezidenti olmasına üstünlük verdiklərini bildiriblər.
Source : IslamTimes