QR CodeQR Code

BMT rəsmisi: Camal Qaşıqçının qatili Səudiyyə vəliəhdidir

IslamTimes , 11 Jul 2020 17:08

İslamTimes: BMT-nin xüsusi məruzəçisi: Bin Salman jurnalist Camal Qaşıqçının qətlində əsas şübhəlidir


BMT-nin terror, qeyri-qanuni qətllərlə bağlı xüsusi məruzəçisi Aqnes Kallamard deyib: "Səudiyyə vəliəhdi Məhəmməd bin Salman Camal Qaşıqçının qətlində bir nömrəli şübhəlidir."

Ali-Səud rejiminin tənqidçilərindən olan jurnalist Camal Qaşıqçı 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğunda xüsusi amansızlıqla qətlə yetirilib.

Anadolu xəbər agentliyinə müsahibə verən xanım Aqnes Kallamard bildirib ki, hazırda Məhəmməd bin Salmanın mühakimə olunması üçün yetərli dəlillər əldə edilməsə də, qətlin sifarişçisinin Səudiyyə şahzadəsi olduğunu deyə bilərik və bu səbəbdən o bir nömrəli şübhəlidir.

Aqnes Kallamard bu haqda deyib: "Baxın, mənim fikrimcə bu qətl hadisəsinin göstərişinin kim tərəfindən verildiyi ilə bağlı Məhəmməd bin Salman əsas şübhəlidir. Amma təəssüf ki, ortada onun bu cinayətin törədilməsi ilə bağlı göstəriş verdiyini sübuta yetirəcək bir dəlil yoxdur."

BMT rəsmisi bildirib ki, bu qədər yüksək səviyyədə cızılmış plan əsasında törədilən qətl Məhəmməd bin Salmanın iştirakı olmadan həyata keçirilə bilməzdi.

Kallamard bildirib ki, Səudiyyə rejimi müttəhimlərin Türkiyədə mühakimə olunmasına izn verməyəcəyindən Türkiyədə məhkəmə qiyabi şəkildə keçirilir. Bununla belə Türkiyədə Camal Qaşıqçının qətlində əli olan 20 nəfərin mühakiməsi Səudiyyə rejimi məhkəməsinin mühakiməsindən daha ədalətli olub. Bu 20 nəfərin Camal Qaşıqçı qətlə yetirildikdən sonra onu tikə-tikə doğradığı bildirilir.


Story Code: 873823

News Link :
https://www.islamtimes.org/az/news/873823/bmt-rəsmisi-camal-qaşıqçının-qatili-səudiyyə-vəliəhdidir

Islam Times
  https://www.islamtimes.org