0
Saturday 11 July 2020 - 18:33

Lavrov: NATO-nun narkotik qaçaqmalçılığı araşdırılmalıdır!

Story Code : 873835
Lavrov: NATO-nun narkotik qaçaqmalçılığı araşdırılmalıdır!
Tass xəbər agentliyinin verdiyi məlumata görə Sergey Lavrov deyib: "Əfqanıstandan NATO koalisiyasının hərbi təyyarələri vasitəsi ilə digər ölkələrə, o cümlədən Avropaya narkotika qaçaqmalçılığı ilə bağlı məlumat yayılıb. Bu hesabatları 100% təsdiq edə bilmərik, lakin o qədər çox mənbə bu haqda məlumat verib ki, xəbərləri görməzdən gələ bilmərik. Əgər bu iş üçün hərbi təyyarələrdən istifadə edildiyi bildirilirsə, bu təyyarələr yalnız NATO-ya məxsus təyyarələr ola bilər."

Lavrov əlavə edib: "Aydındır ki, bu cür məlumatlar araşdırılmalıdır və araşdırmaya ilk öncə ABŞ-dan başlamaq lazımdır."

Rus diplomat bildirib ki, əgər Əfqanıstanda baş verənləri diqqətlə izləmiş olsaq görərik ki, ABŞ və müttəfiqlərinin Əfqanıstanda olduğu 20 il ərzində bu ölkədə narkotik ticarəti daha da artıb. ABŞ və onun müttəfiqlərindən heç biri Əfqanıstanda narkotik istehsalını dayandırmaq üçün təlaş göstərməyib."

Lavrov eyni zamanda ötən gün ABŞ-ın Rusiya ilə Taliban arasında gizli anlaşma olduğu ittihamlarına da cavab verib. O bildirib ki, Əfqanıstanda Rusiya ilə Talibanın ABŞ hərbçilərinə qarşı fəaliyyət göstərməsi ilə bağlı nalayiq ittihamlar ABŞ-ın daxili siyasi fəzası ilə bağlıdır.
Source : IslamTimes