0
Sunday 12 July 2020 - 07:16

Bayden: Ərdoğan bu qərarı ləğv etməlidir

Story Code : 873909
Bayden: Ərdoğan bu qərarı ləğv etməlidir
Axar.az xəbər verir ki, bununla bağlı bəyanat yayan Bayden Aya Sofyanın məscidə çevrilməsindən təəssüf hissi keçirdiyini bildirib.

O, Ərdoğandan bu qərarı ləğv etməyi və Aya Sofyanın muzey statusunda qalmasını, hər kəs üçün bərabərhüquqlu girişin təmin edilməsini istəyib.

Bayden onu da bildirib ki, Aya Sofya 85 il əvvəl muzeyə çevriləndən sonra bütün insanların ziyarət yerinə çevrilmişdi.

Qeyd edək ki, ötən gün Türkiyə Dövlət Şurası (Ali İnzibati Məhkəmə) İstanbuldakı Müqəddəs Sofya kilsəsinin (Aya Sofya) muzeyə çevrilməsi barədə 1934-cü il tarixli qərarı ləğv edib, bunun ardınca isə Ərdoğan Aya Sofyanın ibadətə açıldığını bildirib.