QR CodeQR Code

Bayden: Ərdoğan bu qərarı ləğv etməlidir

12 Jul 2020 07:16

İslamTimes: ABŞ prezidentliyinə namizəd Cozef Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Aya Sofya ilə bağlı qərarı ləğv etməsi üçün çağırış edib.


Axar.az xəbər verir ki, bununla bağlı bəyanat yayan Bayden Aya Sofyanın məscidə çevrilməsindən təəssüf hissi keçirdiyini bildirib.

O, Ərdoğandan bu qərarı ləğv etməyi və Aya Sofyanın muzey statusunda qalmasını, hər kəs üçün bərabərhüquqlu girişin təmin edilməsini istəyib.

Bayden onu da bildirib ki, Aya Sofya 85 il əvvəl muzeyə çevriləndən sonra bütün insanların ziyarət yerinə çevrilmişdi.

Qeyd edək ki, ötən gün Türkiyə Dövlət Şurası (Ali İnzibati Məhkəmə) İstanbuldakı Müqəddəs Sofya kilsəsinin (Aya Sofya) muzeyə çevrilməsi barədə 1934-cü il tarixli qərarı ləğv edib, bunun ardınca isə Ərdoğan Aya Sofyanın ibadətə açıldığını bildirib.


Story Code: 873909

News Link :
https://www.islamtimes.org/az/news/873909/bayden-ərdoğan-bu-qərarı-ləğv-etməlidir

Islam Times
  https://www.islamtimes.org