0
Sunday 12 July 2020 - 08:41

Amerikada ŞOK: Sutka ərzində 71 mindən çox insanda koronavirus aşkar olunub

Story Code : 873918
Amerikada ŞOK: Sutka ərzində 71 mindən çox insanda koronavirus aşkar olunub
APA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Cons Hopkins Universitetinə istinadən məlumat yayıb.

Məlumata görə, son sutka ərzində ABŞ-da 71 389 nəfərdə koronavirus aşkar edilib. Bununla da virusa yoluxmuşların sayında artım əvvəlki günlə müqayisədə 2,3% olub. Son bir həftə ərzində bu göstərici üzrə məlumatlar orta hesabla 1,9% təşkil edib.

Cons Hopkins Universitetinin məlumatına görə, Birləşmiş Ştatlar koronavirus infeksiyasına yoluxma (3,22 milyondan çox) və ölüm (134 mindən çox) hallarının sayına görə dünyada liderdir.