0
Sunday 12 July 2020 - 09:14

İŞİD İraqda terror əməliyyatlarını davam etdirir

Story Code : 873919
İŞİD İraqda terror əməliyyatlarını davam etdirir
Axar.az xəbər verir ki, bunu Həşd əl-Şəbi qüvvələrinin komandiri Əbu Tair deyib.

O bildirib ki, bombalı hücum Diyalə şəhərinin İranla sərhəd ərazilərində İŞİD-ə qarşı aparılan əməliyyatlar zamanı törədilib:

“İŞİD tərəfindən daha əvvəl yola yerləşdirilən bomba Həşd əl-Şabi qüvvələrinə məxsus avtomobillərin keçidi zamanı partladılıb. Nəticədə 3 nəfər şəhid olub, 3 nəfər isə yaralanıb. Bundan başqa, 2 hərbi avtomobilə ziyan dəyib”.