QR CodeQR Code

İŞİD İraqda terror əməliyyatlarını davam etdirir

12 Jul 2020 09:14

İslamTimes: İraqın Diyalə şəhərində İŞİD tərəfindən Həşdi-Şabi qüvvələrinə qarşı bombalı hücum edilib.


Axar.az xəbər verir ki, bunu Həşd əl-Şəbi qüvvələrinin komandiri Əbu Tair deyib.

O bildirib ki, bombalı hücum Diyalə şəhərinin İranla sərhəd ərazilərində İŞİD-ə qarşı aparılan əməliyyatlar zamanı törədilib:

“İŞİD tərəfindən daha əvvəl yola yerləşdirilən bomba Həşd əl-Şabi qüvvələrinə məxsus avtomobillərin keçidi zamanı partladılıb. Nəticədə 3 nəfər şəhid olub, 3 nəfər isə yaralanıb. Bundan başqa, 2 hərbi avtomobilə ziyan dəyib”.


Story Code: 873919

News Link :
https://www.islamtimes.org/az/news/873919/işid-iraqda-terror-əməliyyatlarını-davam-etdirir

Islam Times
  https://www.islamtimes.org