QR CodeQR Code

ABŞ-la Cənubi Koreyadan təlimlərlə bağlı - Kritik qərar

12 Jul 2020 08:54

İslamTimes: ABŞ və Cənubi Koreya birgə yay hərbi təlimlərini COVID-19 böhranı ilə əlaqədar təxirə sala bilər.


Teleqraf.com xəbər verir ki, Cənubi Koreyanın Müdafiə Nazirliyi hər iki tərəfin planlaşdırılan təlimlərin vacibliyini anlasalar da, pandemiya səbəbindən vəziyyətin çox kövrək olduğunu açıqlayıb.

"Yay təlimlərinin normal qaydada keçirilməsi əməli olaraq mümkün görünmür", - deyə Müdafiə Nazirliyindəki mənbə söyləyib.

Qeyd edək ki, Seul və Vaşinqton adətən ildə 2 dəfə - mart və avqustda əsas birgə hərbi təlimlər keçirirlər. Amma pandemiya səbəbindən bu il yaz təlimləri də təxirə salınıb.


Story Code: 873921

News Link :
https://www.islamtimes.org/az/news/873921/abş-la-cənubi-koreyadan-təlimlərlə-bağlı-kritik-qərar

Islam Times
  https://www.islamtimes.org