QR CodeQR Code

Rusiya ilə bağlı gizli tapşırıq: “Hücum əmri verdim” – Şok etiraf

12 Jul 2020 09:41

İslamTimes: ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə Rusiya İnternet Tədqiqatları Agentliyinə gizli kiberhücum başlatmağı əmr etdiyini etiraf edib.


Teleqraf.com xəbər verir ki, o, bu barədə “Vaşinqton Post” qəzetinə müsahibəsində danışıb.

Tramp, əvvəlki prezident Barak Obamanın Rusiya agentliyinin fəaliyyəti haqqında bildiyini, lakin Demokratlar Partiyasından namizəd Hillari Klintonun seçkidə qalib gələcəyinə ümid edərək tədbir görmədiyini deyib.

Tramp bildirib ki, Rusiyanın kibernetik sistemlərinə, Moskvanın seçkilərə müdaxiləsi etdiyi barədə kəşfiyyat məlumatlarına əsaslanaraq hücuma başlamağı tapşırıb.


Story Code: 873924

News Link :
https://www.islamtimes.org/az/news/873924/rusiya-ilə-bağlı-gizli-tapşırıq-hücum-əmri-verdim-şok-etiraf

Islam Times
  https://www.islamtimes.org