0
Sunday 12 July 2020 - 10:32

Kalamard: ABŞ Qasim Süleymaninin terroru ilə hakimiyyətin qanuniliyini pozub!

Story Code : 873934
Kalamard: ABŞ Qasim Süleymaninin terroru ilə hakimiyyətin qanuniliyini pozub!
BMT-nin İnsan Haqqları üzrə Ali Komissarlığının qeyri-qanuni sui-qəsdlər, terror əməliyyatları üzrə xüsusi məruzəçisi Aqnes Kalamard, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandiri Qasim Süleymaninin terrorundan sonra bir sıra diplomatik qərarlar qəbul edildiyini bildirib.

Livanın Əl-Məyadin şəbəkəsinə müsahibə verən xanım Kalamard deyib: "Bir ölkənin yüksək səviyyəli məmurunun bu şəkildə hədəfə alınması qəbuledilməzdir!" 

Kalamard sözlərinin davamında deyib: "ABŞ Qasim Süleymaninin terroru ilə özünümüdafiə şərtlərinə əməl etdiyini sübut etməyə çalışsa da buna nail olmadı və bu terrorlə hakimiyyətin qanuniliyini pozmuş oldu."

BMT məruzəçisi təkidlə vurğulayıb ki, bu terror hakimiyyət prinsiplərinə zidd olub.

Kalamard, əfsanəvi general Qasim Süleymaniyə qarşı sui-qəsdlə bağlı hesabatını ötən cümə axşamı BMT İnsan Haqları Şurasına təqdim edib.

Bu mövzu ilə əlaqədar İran İslam Respublikası xarici işlər nazirinin hüquqi işlər üzrə köməkçisi və XİN-in ABŞ üzrə idarə rəhbəri Möhsin Bəharvənd bildirib ki, Qasim Süleymaninin terror edildiyi günün səhəri Amerika tərəfi İrana mesaj yollayaraq rəsmi Tehrandan adekvat cavab verilməməsini istəyib.
 
Source : IslamTimes