0
Sunday 12 July 2020 - 12:09

BMT: 20 milyon yəmənli aclıq böhranı ilə üz-üzədir

Story Code : 873961
BMT: 20 milyon yəmənli aclıq böhranı ilə üz-üzədir
Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələləri Koordinasiya Ofisi (UN OCHA) hazırda 30 milyonluq Yəmən əhalisinin 20 milyonunun ərzaq təhlükəsizliyi olmadığını yazıb.

Birləşmiş Millətlər Təşkilatı əlavə edib ki, milyonlarla yəmənlinin həyatını xilas etmək və əlavə tədbirlər görmək lazımdır.

BMT daha sonra vurğulayıb ki, vəziyyət elə bir həddə çatıb ki, gözləmək üçün vaxt yoxdur, təcili şəkildə Yəmənə humanitar yardım ayrılmalı, ən qısa müddətdə maliyyə yardımı edilməlidir. 

Daha öncə BMT-nin Yəməndəki humanitar məsələlər üzrə nümayəndəsi Lise Grande demişdi ki, BMT-nin sağlamlıq, qida və digər sahələrə aid olan yardım proqramları var. Amma milyonlarla Yəmənlinin ən pis şəraitdə, aclıqla mübarizə apardığı vaxt resursların azlığı səbəbindən bu proqram ləngiyir.

Bu arada, iyun ayında baş tutan toplantıda Birləşmiş Millətlər Təşkilatı Yəmənə kömək üçün lazım olan 2.410 milyard dollar məbləğin yalnız yarısını təmin edib.

Yəməndə dəhşətli faciə yaşandığı bir zaman Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Sudan və ABŞ-ın dəstəklədiyi koalisiya hər ötən gün daha qəddarcasına Yəmənə təcavüzə davam edir və məzlum Yəmən xalqının başına bomba yağdırır!
Source : IslamTimes