0
Sunday 12 July 2020 - 14:06

Koronavirus İsrail nazirlərini yaxalamaq üçün pusquda

Story Code : 873996
Koronavirus İsrail nazirlərini yaxalamaq üçün pusquda
İşğalçı İsrail rejiminin "Arutz Sheva" informasiya agentliyinin verdiyi məlumata görə, sionist rejimin Ali Təhsil naziri və ətraf mühit naziri Zeev Elkin şənbə günü axşam rəsmi Twitter səhifəsində yazıb ki, köməkçilərindən birinin koronavirus testi müsbət çıxdığından o da özünü karantinə almaq məcburiyyətində qalıb.

İsrailin Ali Təhsil Naziri elə bir zamanda bu ölümcül virusa yoluxma ehtimalına görə nigarançılıq keçirir ki, ondan öncə parlament üzvləri və Netanyahunun kabinetindəki müdafiə naziri Beni Qantz kimi yoldaşları karantinə alınıblar. Beni Qantz çərşənbə günü koronavirusa yoluxmuş bir qohumu ilə rabitə qurduğu üçün karantinə alınmaq məcburiyyətində qalıb.

Nazirlərin karantinə alınması təkcə iki nazirlə bağlı xəbər deyil. Bir neçə gün öncə İsrailin İcrimai Təhlükəsizlik naziri Amir Ohana sərhəd qoşunlarındakı xidmət edən koronavirus daşıyıcısı ilə əlaqədə olduğu üçün özünü karantinə almışdı.

İşğal olunmuş Fələstin torpaqlarında Covid-19 virusuna yoluxma halı gün-gündən artaraq cümə günü rekord həddə çatıb və 1500 nəfər virusa yoluxub. Bu kəskin çoxalma artıq dövlət rəsmilərinin də koronavirusa yoluxma hetimalını gücləndirib.

 
Source : IslamTimes