QR CodeQR Code

Azərbaycanın 2 hərbçisi şəhid olub, 5 nəfər yaralanıb

12 Jul 2020 19:01

İslamTimes: MN: İtki verən düşmən geri oturdulub, Azərbaycanın 2 hərbçisi şəhid olub, 5 nəfər yaralanıb


Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub.
Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!


Story Code: 874033

News Link :
https://www.islamtimes.org/az/news/874033/azərbaycanın-2-hərbçisi-şəhid-olub-5-nəfər-yaralanıb

Islam Times
  https://www.islamtimes.org