0
Monday 13 July 2020 - 11:55

Yəmən Silahlı Qüvvələri: “Səudiyyə rejiminin neft obyektlərini hədəfə aldıq”

Story Code : 874125
Yəmən Silahlı Qüvvələri: “Səudiyyə rejiminin neft obyektlərini hədəfə aldıq”
Deyerler.org İSWNews-a istinadən xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii bu gün (13 iyul) səhər Səudiyyə rejiminin neft obyektlərinə və hərbi mövqelərinə qarşı keçirilən genişmiqyaslı əməliyyatla bağlı açıqlama verib.

O, Yəmən silahlı qüvvələrinin genişmiqyaslı əməliyyatında Səudiyyə rejiminin cənubundakı Cizan, Nəcran və Asir əyalətlərində düşmənin bir sıra həyati əhəmiyyətli obyektləri və hərbi bazalarının hədəfə aldıqlarını söyləyib.

Ballistik raketlər və hücum PUA-ları tərəfindən həyata keçirilən əməliyyatda, Xamis Muşayit bazasında və Əbha, Cizan və Nəcran hava limanlarında qırıcı təyyarələr və Patriot raketdən müdafiə sistemləri hədəfə alınıb.

Həmçinin, Cizan sənaye zonasında iri neft obyektləri dəqiqliklə darmadağın edilib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsünün bildirdiyinə görə, hücumlar düşmən cinayətlərinə cavab olaraq həyata keçirilib.

Sözçünün bildirdiyinə görə, Səudiyyə rejiminin komandirlərinin istefa vermiş xain hökumətlə əlaqəli ünsürlərlə görüşü vaxtı Məarib vilayətindəki Tadavin hərbi bazasına edilən hücumda onlarla düşmən qüvvəsi öldürülüb və yaralanıb.

Qanuni müdafiənin davam etdiyini vurğulayan Sərii, hücumların Yəmənin azad edilməsi və müstəqilliyinə çatana qədər aparılacağını və Yəmən silahlı qüvvələrinin gələcəkdə daha ağrılı əməliyyatlar keçirməkdən çəkinməyəcəyini söyləyib.

Bəzi səudiyyəli sosial şəbəkə istifadəçiləri bu gün səhər Səudiyyə rejiminin Xamis Muşayit və Əbha şəhərlərində partlayış səsini eşitdiklərini, partlayışların səsinin çox yüksək olduğunu yazmışdılar.