0
Monday 13 July 2020 - 14:47

Bakı və Tehran uçuşların bərpasını müzakirə edir

Story Code : 874142
Bakı və Tehran uçuşların bərpasını müzakirə edir
Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.

O, həmçinin xatırladıb ki, koronavirus (COVID-19) pandemiyasına baxmayaraq Azərbaycan və İranın quru sərhədləri vasitəsilə nəqliyyatın hərəkəti tamamilə dayandırılmayıb.

"Səfirliklə Nazirlər Kabineti yanında Operativ Qərargah arasında çox səmərəli və sıx əməkdaşlıq qurulub. Karantin dövründə Azərbaycanda qalmış 1 000-dən çox İran vətəndaşı 6 mərhələdə vətəninə, İranda qalmış 160 Azərbaycan vətəndaşı isə Tehran-Bakı aviareysi, Astara və Biləsuvardakı sərhəd-keçid məntəqələri vasitəsilə ölkəsinə qayıdıb. Bizimlə yanaşı, Azərbaycanın İrandakı səfirliyi də bu sahədə böyük fəallıq göstərib", - o bildirib.