0
Tuesday 14 July 2020 - 07:13

Təcili: Ərdoğan Putinlə danışdı - Regionda sülh və...

Story Code : 874272
Təcili: Ərdoğan Putinlə danışdı - Regionda sülh və...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Tərəflər Liviya və Suriyada baş verən proseslər ətrafında fikir mübadiləsi aparıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Rabitə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, liderlər iqtisadiyyat başda olmaqla, qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi, COVİD-19 pandemiyası ilə mübarizədə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Həmçinin Liviya və Suriyadakı gedişatı qiymətləndiriblər.

Liderlər həmçinin regional sülh, təhlükəsizlik və sabitlik naminə əməkdaşlığın davam etdirilməsi və iki ölkə arasında münasibətləri möhkəmləndirmək niyyətlərini ifadə ediblər.

Kreml isə iki liderin telefon danışığına dair yaydığı açıqlamada vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin Ayasofyanın statusunun dəyişdirilməsinin ölkəsində narahatlıq yaratdığını bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan istəyən hər kəsin Ayosofyaya daxil ola biləcəyini və xristianlar üçün müqəddəs yerlərin qorunacağını bildirib.