0
Tuesday 14 July 2020 - 08:41

Andjey Duda yenidən Polşa prezidenti seçilib

Story Code : 874275
Andjey Duda yenidən Polşa prezidenti seçilib
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dövlət Seçki Komissiyasının (DSK) rəhbəri Silvestr Marçinyak mətbuat konfransında bildirib.

Polşada prezident seçkilərinin ikinci turu üzrə səsvermələr son bazar günü keçirilib.

Dövlət Seçki Komissiyası seçki komissiyaları protokollarının 100% işlənilməsi əsasında məlumat verib ki, prezident seçkilərinin ikinci turunda hakim Qanun və Ədalət partiyasından olan namizəd A.Duda 51,03% səs toplayıb. O, 48,97% səs toplayan müxalif “Vətəndaş koalisiyası” birliyinin namizədi Rafal Tşaskovskini qabaqlayıb.

DSK, həmçinin seçki bülletenlərinin 0,18%-nin müxtəlif səbəblərə görə etibarsız sayıldığını açıqlayıb.

Seçici fəallığında isə rekord göstərici qeydə alınıb – 68.18%.