0
Tuesday 14 July 2020 - 12:13

ABŞ konqresmenlərinin Ermənistan sevdası!

Story Code : 874353
ABŞ konqresmenlərinin Ermənistan sevdası!
Daim işğalçı rejimləri dəstəkləməsinə şahid olduğumuz ABŞ dövləti və bu ölkənin senatorları bu dəfə Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliklə bağlı tweet yazıblar. Onlar illərdir Azərbaycan torpaqlarını işğalda saxlayan, minlərlə körpə, qadın və yaşlını qətliam edən, o cümlədən son bir neçə gün ərzində Azərbaycan ərazilərini atəşə tutan Ermənistanı tənqid etmək əvəzinə Azərbaycan tərəfini günahlandırıblar.

ABŞ Konqresi üzvü Frank Pallone Twitter hesabında yazıb: "Azerbaijan is once again attempting to start a war with Armenia. Azerbaijan’s constant use of caustic rhetoric aimed at Armenia and Artsakh are part of a concerted effort to provoke another conflict."

Bu senator Azərbaycanı "növbəti dəfə" Ermənistanla müharibəyə başlamağa can atmaqda ittiham edib.

Digər senator Edvard Mark da eyni sosial şəbəkə vasitəsi ilə Ermənistanın yanında olduğunu bildirib.
Source : IslamTimes