QR CodeQR Code

İrandan növbəti Qarabağ açıqlaması: Ərazi bütövlüyünə hörmət...”

14 Jul 2020 13:20

İslamTimes: İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi ölkəsinin Ermənistan və Azərbaycan arasındakı Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişmədiyini bildirib.


Teleqraf.com xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

XİN-in sözçüsü jurnalistlərin Ermənistan-Azərbaycan münaqişəsinə dair son gəlişmələrlə bağlı sualına belə cavab verib:

“Ermənistan və Azərbaycan Respublikası arasındakı mübahisəli Qarabağ bölgəsi ilə bağlı münasibətimiz dəyişməyib”.

O, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağın və mübahisələrin sülh yolu ilə həll edilməsinin zəruriliyini vurğulayıb:

“İnanırıq ki, bu iki qonşu ölkə öz mübahisələrini sülh yolu ilə həll etməlidir və İran İslam Respublikası bu münaqişənin həllinə hər zaman kömək etməyə hazırdır”.


Story Code: 874375

News Link :
https://www.islamtimes.org/az/news/874375/irandan-növbəti-qarabağ-açıqlaması-ərazi-bütövlüyünə-hörmət

Islam Times
  https://www.islamtimes.org