QR CodeQR Code

Vendi Şerman Trampın HBFP razılaşmasına yanaşmasını tənqid edib

IslamTimes , 14 Jul 2020 22:30

İslamTimes: Şerman İranla 5+1 arasında əldə edilmiş Hərtərəfli Birgə Fəaliyyət Planı sənədinin imzalanmasının beşinci ildönümü münasibətilə ilə yazdığı tweet-də Trampı tənqid edib.


Sabiq ABŞ dövlət katibinin müavini, həmçinin ABŞ-ın İranla nüvə müzakirələrindəki nümayəndə heyətinin rəhbəri olmuş Vendi Şerman Donald Trampın İranla əldə edilmiş nüvə razılaşmasına yanaşmasını tənqid edib.

Şerman İranla 5+1 arasında əldə edilmiş Hərtərəfli Birgə Fəaliyyət Planı sənədinin imzalanmasının beşinci ildönümü münasibətilə ilə özünün Twitter səhifəsində yazıb: "Beş il öncə bu gün İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı sənədini imzaladıq. Amma sonra iş başına gələn Tramp bu sazişdən çıxdı..."

Şerman iddia edib ki, bu gün İranda daha çox sentrifuqalar, daha çox zənginləşdirilmiş uran var. Bu isə İranın məntəqədə daha dağıdıcı təsir bağışlamasına, İran xalqının daha çox əzab çəkməsinə və daha çox amerikalının həbs edilməsinə səbəb olub.

Qeyd edək ki, Avropa ölkələri belə Trampın Amerikanın özünün də imzaladığı sənədi yırtaraq, bu sazişi birtərəfli şəkildə tərk etməsini dəfələrlə pisləyib. Onlar İrana ABŞ-ın sanksiyalarının təsirsiz hala gətirilməsi üçün əllərindən gələni edəcəklərini söz versələr də bu günədək vədlərinə əməl etməyiblər.


Story Code: 874480

News Link :
https://www.islamtimes.org/az/news/874480/vendi-şerman-trampın-hbfp-razılaşmasına-yanaşmasını-tənqid-edib

Islam Times
  https://www.islamtimes.org